AZ

İsrailin hücumları nəticəsində 90-dan çox fələstinli də həlak oldu

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 35 800 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 230 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi  hücumlarda daha 91 fələstinlinin həyatını itirdiyi, 210 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 800-ə, yaralıların sayının isə 80 200-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
14
trt.net.tr

10Mənbələr