AZ

Qəzzada ölənlərin sayı 35 min 709-a çatıb

İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 709-a yüksəlib.
İsrailin Qəzza zolağının bombardmanı 229-cu gündür ki, davam edir.
Elchi.az  xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 6 hücum təşkil etdiyi, 62 nəfərin həyatını itirdiyi, 138 nəfərin yaralandığı bildirilib.
Hücumların başladığı 7 oktyabrdan bəri ümumi can itkisinin 35 min 709-a, yaralıların sayının isə 79 min 990-a yüksəldiyi bildirilib.
Dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, İsrailin maneələri səbəbindən təcili yardım və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
26
elchi.az

10Mənbələr