EN

İran nüvə texnologiyalarını başqa ölkələrə ötürə bilər

Ä°ran elmi biliklÉ™rin mübadilÉ™si üçün yeni sistem yaratmaqla nüvÉ™ texnologiyasını digÉ™r ölkÉ™lÉ™rÉ™ ötürmÉ™yÉ™ hazırdır. 

HİT.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib.

İslami Nüvə Fizikası və Texnologiyası üzrə Birinci Beynəlxalq Konfrans ərəfəsində İsfahanda keçirilən İranın dinc nüvə enerjisi sahəsində nailiyyətlərinin sərgisini ziyarət edib.

"İmperialist dövlətlərin hegemonluğu ilə mübarizə aparmaq üçün biz bu (nüvə-red.) texnologiyaları başqa ölkələrə ötürməyə hazırıq ki, maneələr qırılsın və fərqli elmi nizam yaransın. Bunun üçün alətlər lazımdır və addımlardan biri də nüvə sahəsində nailiyyətlərin sərgisinin keçirilməsidir", deyə o bildirib.

Mayın 6-8-də İsfahanda 30-cu Milli Atom Enerjisi Konfransı və Nüvə Fizikası və Texnologiyası üzrə Birinci Beynəlxalq Konfrans keçirilir. Konfransın əsas iştirakçıları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi və İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslamidir.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
33
hit.az

10Sources