AZ

İran MAQATE-ni İsrailə işləməkdə suçladı

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın Varamin və Türkuzabaddakı elan olunmamış iki nüvə mərkəzinin ərazisində uran izlərinin olması ilə bağlı məlumatını rədd edir və ittihamların “İsrail rejimi tərəfindən uydurulduğuna” inanır.

Musavat.com xəbər verir ki, bu bəyanatla iranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi çıxış edib.

Tasnim agentliyinin yaydığı bəyanatda deyilir: “İranın nüvə sahəsində fəaliyyəti tamamilə dinc xarakter daşıyır və üçüncü tərəfin qərəzli şəkildə səsləndirdiyi ittihamlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur”. Sənəddə qeyd edilir ki, “İran etibarsız və uydurma sənədlər əsasında agentlik sorğularına cavab verməyə borclu deyil”. Eyni zamanda, İranın daimi nümayəndəliyinin bildirdiyinə görə, MAQATE “İsrail rejimi tərəfindən verilən yalan məlumatı həqiqi hesab edir” və buna görə də “yalnış nəticələr çıxarır”: “İran bu ərazilərdə uran izlərinin olması ilə bağlı “əsl sənədlərin olmamasına baxmayaraq” bəyan edilməmiş nüvə mərkəzləri ilə bağlı könüllü olaraq agentliyə aydınlıq və məlumat təqdim edib”.
Diplomatik nümayəndəliyin bəyanatında vurğulanır ki, “nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur”.

Qeyd edək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi bundan əvvəl təşkilatın Rəhbərlər Şurasına Tehranın MAQATE ilə İslam Respublikası arasında Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) təhlükəsizlik tədbirləri sazişinin icrasına dair hesabat təqdim edib. Bu hesabatda Qrossinin iyunun 3-də keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, o bildirir ki, “İran agentliyə Varamin və Turquzabadda antropogen mənşəli uran hissəciklərinin olması ilə bağlı texniki cəhətdən etibarlı izahat verməyib”.

Qrossi deyib ki, MAQATE-də İranda nüvə silahı proqramının mövcudluğunu təsdiq edəcək məlumat yoxdur. Eyni zamanda o qeyd edib ki, Tehran zəmanət sazişinin özünə aid hissəsini yerinə yetirməsə, agentlik İranın nüvə proqramının dinc xarakter daşıdığını birmənalı şəkildə təsdiq edə bilməyəcək.

Qrossinin çıxışından sonra Avroüçlük ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) MAQATE-nin Rəhbərlər Şurasına İranı elan olunmamış nüvə obyektlərində aşkar edilmiş uran izlərini izah etməyə çağıran qətnamə layihəsi təqdim ediblər. İyunun 4-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib ki, Rəhbərlər Şurası İran əleyhinə qətnamə qəbul edərsə, Tehran buna uyğun cavab verəcək.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
26
musavat.com

10Mənbələr