AZ

AEBA İranın nüvə silahı yaratmaq niyyətini pisləyən qətnamə layihəsi hazırlayacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) fövqəladə təhlükə yaranarsa, İranı ölkə hakimiyyətinin nüvə silahı hazırlamaq niyyətinə görə qınayan qətnamənin qəbulu imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Diplomatlar İranı bəyanatlarına və elan olunmamış yerlərdə uran hissəciklərinin aşkarlanması ilə bağlı AEBA-nın təftişlərinə maneə törətdiklərinə görə qınayan qətnamənin qəbul edilib-edilməməsi barədə düşünürlər”, – agentlik yazıb.

Bazar ertəsi AEBA rəhbəri Rafael Qrossi bəyan edib ki, bir çox ölkə İranın nüvə silahı əldə edəcəyi təqdirdə onların da nüvə silahı əldə etməyə hazır olduğunu bəyan edib. O, belə silahların Yaxın Şərq regionunda peydə olmasının bölgədəki vəziyyətə çox mənfi təsir edəcəyini vurğulayıb.

Eyni zamanda o, bu yaxınlarda İranın xarici işlər naziri vəzifələrini müvəqqəti icra edən Əli Baqeri Kani ilə danışdığını və Tehranla AEBA arasında əməkdaşlığın davam etdiriləcəyinə şübhə etmədiyini vurğulayıb.

Bu arada, müxtəlif mənbələrə görə, AEBA-nın qətnamə layihəsi Tehranın bəyanatlarını pisləməklə yanaşı, İran hakimiyyətini uran hissəciklərinin mənşəyi ilə bağlı dərhal izahat verməyə çağırır. Sənədin müəllifləri həmçinin əvvəllər İranın nüvə fəaliyyətini izləyən videokameraların dərhal yenidən qoşulmasını tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
33
report.az

10Mənbələr