Bakupost.az qafqazinfo -ya istinadla xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın hazırkı başqanı Arif Hacılı deyib.
“Müsavat Partiyası bu seçkilərdə iştirak etmək əzmindədir. Bu seçkilərdən imtina etmək niyyətində deyilik. Bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəyik. Seçki komandaları hazırlanmalıdır, maliyyə fondrları yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə "Azadlıq, Ədalət, Hüquqi dövlət" şüarı ilə iştirak edəcəyik”.