AZ

Arif Hacılıdan parlament seçkiləri ilə bağlı açıqlama 

"Məlum olduğu kimi yaxın vaxtıarda Azərbaycanda parlament seçkiləri olacaq. Bu seçkilər bizim üçün çox mühümdür. Müsavat Partiyası bu seçkilər iştirak etmək əzmindədir. Bu seçkilərdən imtina etmək niyyətində deyilik". 

Musavat.com bildirir ki, bu sözləri Arif Hacılı Müsavat Partiyasının XI qurultayında deyib. 

"Bütün seçki dairələri üzrə seçkilərdə iştirak edəcəyik. Seçki komandaları hazırlanmalıdır, maliyyə fondrları yaradılması barədə düşünməliyik. Seçkilərlə bağlı platforma layihəsi hazırdır. Seçkilərdə "Azadlıq, Ədalət, Hüquqi dövlət" şüarı ilə iştirak edəcəyik", deyə Arif Hacılı qeyd edib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
13
yenisabah.az

10Mənbələr