AZ

"Elə görüntü yaradırlar ki, guya biz seçkiləri həmişə boykot edirik, amma..." -Arif Hacılı

"Bəzi partiyaları ənənəvi müxalifət adlandırırlar və Müsavat Partiyasını ora qataraq görüntü yaratmağa çalışırlar ki, biz seçkilərdə iştirak etməyə maraqlı deyilik, daim seçkiləri boykot edirik. Bu, tamamilə yanlış fikirdir".

Musavat.com bildirir ki, bu sözləri Arif Hacılı Müsavat Partiyasının XI qurultayında deyib.

"Müsavat Partiyası bütün referendumlarda referendum qrupunu yaratdı, son parlament seçkilərində iştirak etmişik. 88 dairədən namizəd irəli sürmüşdük. 60 dairədən 60 namizədlə bu seçki kampaniyasında iştirak etdik. Müsavat Partiyası olaraq seçkilərdə iştirak etməyə meyilli partiyayıq",- deyə Arif Hacılı qeyd edib.

 

Xalidə Gəray
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
3
musavat.com

10Mənbələr