EN

Xətaidə yol qəzasında yeniyetmə yaralanıb

Bakının Xətai rayonunda 13 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Əliyev E.S. xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
156
50
avtosfer.az

10Sources