AZ

Xırdalanda motosiklet avtomobillə toqquşdu: Azyaşlı xəsarət aldı

Abşeron rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, motosiklet qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub. Avtomobildə olan sərnişin, 2019-cu il təvəllüdlü M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
8
7news.az

10Mənbələr