EN

Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski


Ukrayna Rusiya Federasiyası ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir.

OXU24.COM xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Sərhəd Xidməti Günü münasibətilə sərhədçilərə müraciətində söyləyib.

Onun sözlərinə görə, düşmən hücum əməliyyatlarını genişləndirməyi planlaşdırır.

“Bu gün artıq müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə çətin yoldur və müharibəni Ukrayna şərtləri əsasında ədalətli şəkildə başa çatdırmaq üçün hələ keçilməli olan yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik, işğalçı hücum hərəkətlərini genişləndirmək cəhdinə hazırlaşır”, - deyə Zelenski əlavə edib.

O bildirib ki, bütün ukraynalılar, eləcə də Ukraynanın müttəfiqləri Rusiyanın planlarını pozmaq üçün mümkün olan hər şeyi etməlidir.

Chosen
126
50
oxu24.com

10Sources