AZ

Türkiyədə mikroavtobusla minik avtomobili toqquşub, 22 nəfər yaralanıb

Türkiyənin Kırıkkale şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 22 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qeyd olunub ki, olay Kırıkkale – Kırşehir şosesi, Yenimahalle Qəbiristanlıq Qovşağında baş verib. Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Qəzada yaralanan 22 nəfər şəhərdəki xəstəxanalara çatdırılıb. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
50
ikisahil.az

10Mənbələr