Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 223-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.
APA xəbər verir ki, hökumət başçısı bu barədə X platformasındakı paylaşımında yazıb.
O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 223-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini bildirib.
Kobaxidze ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını vurğulayıb.
Kobaxidze 223-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.