EN

İOS 18 ilə iPhone-lara gələn süni intellektin TARİXİ AÇIQLANDI

Apple-ın maraqla gözlənilən iOS 18 yeniləməsi ilə Safari-yə yeni süni intellekt proqramları əlavə ediləcəyi açıqlanıb. Manset.az-ın məlumatına görə, istifadəçilərin onlayn təcrübələrini asanlaşdıracaq və təkmilləşdirəcək bir çox yeniliklər gəlir. Bəs görəsən, iOS 18 ilə Safari-yə hansı süni intellekt proqramları gələcək?  Budur təfərrüatları... Safari-yə gələn süni intellekt proqramlarından biri də “Ağıllı Axtarış” adlı proqram olacaq. Apple, xüsusilə Safari-yə süni intellekt dəstəyi gətirməklə, ekran kilidi və tətbiqlərə yeniliklər əlavə etməklə istifadəçilərin iOS 18-ə keçməsinə təsir göstərməyə çalışacaq.  Safari-yə əlavə olunacaq başqa bir proqramı da "Veb Silgi"dir. Bu proqram sayəsində istifadəçilər internet səhifələrinin arzuolunmaz hissələrini silməklə daha təmiz görüntü əldə edə biləcəklər. Həmçinin bildirilir ki, səhifə yeniləndikdə və ya yenidən baxıldıqda edilən dəyişikliklər qalıcı olacaq. Safari-nin iOS 18 ilə interfeysində dəyişikliklər gözlənilir. Ünvan panelinin dizaynının yenilənəcəyi və istifadəçilərə yeni idarəetmə menyusu təqdim ediləcəyi bildirilir. Bütün bu dəyişikliklər iOS 18-in əhəmiyyətli bir yeniləmə olacağını göstərir.  iOS 18-in buraxılması ilə Safari-də yenilikləri iyun ayında olacaq. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
29
manset.az

10Sources