EN

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışınınqarşısının alınması istiqamətində nəzarət tədbirləri davametdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-əverilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərləkəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyiiki obyekt müəyyən edilib. Obyektlərdən xəsarət yetirmək təyinatınamalik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddisübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Chosen
85
14
az.trend.az

10Sources