AZ

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi iki obyekt müəyyənləşib. Obyektlərdən xəsarət yetirmək təyinatına malik, ümumilikdə, 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
94
14
hafta.az

10Mənbələr