AZ

Şirvanda qanunsuz obyektlər müəyyən edildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə kəsici-deşici alətlərin şəhər ərazisində satışının təşkil edildiyi iki obyekt müəyyən edilib. Obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 70 ədəd kəsici-deşici alət aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
14

1Mənbələr

Şərh ()
Bağla