İstanbulda terror aktı törədən qadına 1794 il həbs cəzası verildi
İstanbul Ağır Cinayətlər Məhkəməsi 2022-ci ildə İstiqlal prospektində PKK-nın təlimatı ilə terror aktı törədən Əhlam əl-Bəşiri 7 ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edib. Yeniavaz.com xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Bildirilib ki, ümumilikdə 36 müttəhim haqqında hökm elan edilib. Müttəhimlərdən 4-nün azadlığa buraxılmasına qərar verilib. İttiham tərəfi Əhlam əl-Bəşir üçün 3009 il həbs cəzası istəmişdi. Qeyd edək ki, terror aktı 13 noyabr 2022-ci il tarixdə İstiqlal prospektində törədilib və nəticədə 6 nəfər ölüb, 99 nəfər yaralanıb.
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.