EN

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  “Universitetin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.

 

AzEdu.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanan sənəd ali təhsil müəssisəsinin cari il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi daşıyır.

 

Müqavilə elmi-pedaqoji heyət və tələbələrin ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi çərçivəsində üçtərəfli əməkdaşlığı ehtiva edir.

 

Sənədə əsasən, ali təhsil müəssisəsində sözügedən istiqamət üzrə bacarıqların artırılması məqsədilə həyata keçiriləcək təşviqat işləri çərçivəsində imtahan iştirakçılarının sayı müəyyənləşdiriləcək və hər iştirakçıya yalnız bir dəfə müraciət etmək şansı veriləcək. IELTS imtahanında yüksək bal toplayan, uğurlu nəticə əldə edən akademik heyət üzvü və tələbələrin imtahan üzrə ödənişləri TİF tərəfindən qarşılanacaq.

 

Müqavilənin qarşılıqlı faydaları, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsinə verəcəyi töhfələr baxımından yüksək dəyərləndirən rektor Yaqub Piriyev bu istiqamətdə tədbirlərin universitetin hazırlanmaqda olan Strateji İnkişaf Proqramında (SİP) da yer aldığını deyib. Rektor SİP-də ali təhsil müəssisəsinin missiya və gələcəyə baxışı, inkişaf məqsədləri, orada qoyulan hədəflərin təmin olunması ilə bağlı qonaqları ətraflı məlumatlandırıb.

 

Müqavilənin “IELTS imtahanına təşviq” layihəsinin tərkib hissəsi olduğunu deyən TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov BMU-nun ali təhsil müəssisələri arasında bu layihəyə qoşulan sayca 8-ci universitet olması münasibətilə təbrik edib. Layihənin üstünlükləri, gözlənilən müsbət nəticələrdən söz açan sədr fondun ümumi fəaliyyəti, strateji hədəfləri, plan və məqsədləri, növbəti layihə və təşəbbüsləri haqda da danışıb, həmçinin BMU-nun bu prosesin yaxın iştirakçısı olacağına inandığını bildirib.

 

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov da qloballaşan təhsil mühitində, eləcə də akademik müstəvidə IELTS-in vacibliyinə diqqət çəkərək, bu addımın tələbə və müəllimlərin gələcək fəaliyyətində yeni istiqamətlərə yol aça biləcəyini vurğulayıb.

 

Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə akademik heyət və təhsilalanların dil biliklərinin gücləndirilməsi, xüsusən ingilis dilinin təkmilləşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib, həmçinin beynəlxalq dil sertifikatını yüksək nəticə ilə almağın üstünlüklərdən, verdiyi geniş imkanlardan danışılıb. Bu səriştə və bacarıqların elmi-tədqiqat fəaliyyətinə müsbət təsiri, elmi məqalələrin yazılması, tələbə və müəllimlərin beynəlxalq səviyyəli platformlarda, akademik layihələr üzrə təcrübə mübadiləsində fəal iştirakına yol açması, nəticə etibarilə ali təhsil müəssisəsinin reytinqlərdə nüfuzunun müəyyənləşməsindəki rolu qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
3
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24320
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13676
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11824
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8416
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6079
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5792
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəisi öldü, Pakistanda matəm elan edildi
5695
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5597
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4023
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3866
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3777
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3595
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3387
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3139
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2795
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2573