AZ

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalandı

Bakı Mühəndislik Universiteti (BMU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  “Universitetin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.BMU-nun rektoru Yaqub Piriyev, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanan sənəd ali təhsil müəssisəsinin cari il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi daşıyır.Müqavilə elmi-pedaqoji heyət və tələbələrin ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi çərçivəsində üçtərəfli əməkdaşlığı ehtiva edir.Sənədə əsasən, ali təhsil müəssisəsində sözügedən istiqamət üzrə bacarıqların artırılması məqsədilə həyata keçiriləcək təşviqat işləri çərçivəsində imtahan iştirakçılarının sayı müəyyənləşdiriləcək və hər iştirakçıya yalnız bir dəfə müraciət etmək şansı veriləcək. IELTS imtahanında yüksək bal toplayan, uğurlu nəticə əldə edən akademik heyət üzvü və tələbələrin imtahan üzrə ödənişləri TİF tərəfindən qarşılanacaq.Müqavilənin qarşılıqlı faydaları, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsinə verəcəyi töhfələr baxımından yüksək dəyərləndirən rektor Yaqub Piriyev bu istiqamətdə tədbirlərin universitetin hazırlanmaqda olan Strateji İnkişaf Proqramında (SİP) da yer aldığını deyib. Rektor SİP-də ali təhsil müəssisəsinin missiya və gələcəyə baxışı, inkişaf məqsədləri, orada qoyulan hədəflərin təmin olunması ilə bağlı qonaqları ətraflı məlumatlandırıb.Müqavilənin “IELTS imtahanına təşviq” layihəsinin tərkib hissəsi olduğunu deyən TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov BMU-nun ali təhsil müəssisələri arasında bu layihəyə qoşulan sayca 8-ci universitet olması münasibətilə təbrik edib. Layihənin üstünlükləri, gözlənilən müsbət nəticələrdən söz açan sədr fondun ümumi fəaliyyəti, strateji hədəfləri, plan və məqsədləri, növbəti layihə və təşəbbüsləri haqda da danışıb, həmçinin BMU-nun bu prosesin yaxın iştirakçısı olacağına inandığını bildirib.TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov da qloballaşan təhsil mühitində, eləcə də akademik müstəvidə IELTS-in vacibliyinə diqqət çəkərək, bu addımın tələbə və müəllimlərin gələcək fəaliyyətində yeni istiqamətlərə yol aça biləcəyini vurğulayıb.Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə akademik heyət və təhsilalanların dil biliklərinin gücləndirilməsi, xüsusən ingilis dilinin təkmilləşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib, həmçinin beynəlxalq dil sertifikatını yüksək nəticə ilə almağın üstünlüklərdən, verdiyi geniş imkanlardan danışılıb. Bu səriştə və bacarıqların elmi-tədqiqat fəaliyyətinə müsbət təsiri, elmi məqalələrin yazılması, tələbə və müəllimlərin beynəlxalq səviyyəli platformlarda, akademik layihələr üzrə təcrübə mübadiləsində fəal iştirakına yol açması, nəticə etibarilə ali təhsil müəssisəsinin reytinqlərdə nüfuzunun müəyyənləşməsindəki rolu qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7281
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5073
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4763
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4558
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4343
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3617
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2908
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2645
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2577
Sabah 20 dərəcə isti olacaq
2536
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2470
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2165
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2153
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2043
Röyanın biabırçı videosu yayıldı
2002
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1980
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1675
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1572
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1564
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1557