Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiya sərhəd təhlükəsizliyi məsələlərini müzakirə edir.
Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sərhəd kəndlərində yaşayan hər iki ölkənin vətəndaşları bir-biri ilə ünsiyyət qurmaq istədiklərinə qərar verəcəklər:
“Sərhədin hər iki tərəfində insanların təhlükəsizliyini təmin etməliyik. Sərhəd keçid məntəqəsi olmalıdır. Bunlar müəyyən edildikdən sonra Ermənistan və Azərbaycan kəndlərinin sakinləri bir-biri ilə təmasda olmaq və iqtisadi əməkdaşlıq etmək istəyib-istəməyəcəyinə qərar verəcəklər”.
Bizim.Media