AZ

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır

Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" qəzetinə müsahibəsində deyib ki, Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində yerinə yetirməyib", - deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur.

"Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik. Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da iştirak etmirik", - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla