Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra Stavropol diyarında qəzaya uğrayıb.
4 ekipaj üzvü katapult etməyi bacarıb, onlardan 3-ü sağ tapılıb, daha bir pilotun axtarışı aparılır.
İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin göyərtəsində heç bir sursat olmayıb.