AZ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb. Bu barədə RF Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən Stavropol diyarında qəzaya uğrayıb. Pilotlar katapult edə biliblər, 3 ekipaj üzvü təxliyə edilib. Hazırda bir pilotun axtarışı davam edir.

Boş əraziyə düşən təyyarənin göyərtəsində sursat olmayıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Seçilən
75
11
Mənbələr
Şərh ()
Bağla