EN

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Gəncə, 18 aprel, AZƏRTAC

Azərbaycanın Qərb bölgəsi tarixi-mədəni irsimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan qədim abidələr, memarlıq nümunələri ilə zəngindir. Xüsusilə Gəncə şəhəri müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış tarixi abidələrlə zəngin, ən qədim şəhərlərdən biri kimi daim yerli və xarici turistlərin diqqət mərkəzindədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qərb regionunun bəzi bölgələrində, həmçinin Nizami yurdunda da silsilə tədbirlər təşkil edilib.

Gəncənin tarixi mərkəzində yerləşən Şah Abbas Məscidinin və Çökək hamam abidəsinin qarşısında başlayan tədbirdə öncə konsert proqramı təşkil olunub. Daha sonra tədbir iştirakçıları “Uğurlu Xan” karvansara kompleksinə ekskursiya edərək, burada hazırlanan sərgi ilə tanış olub, konsert proqramını izləyiblər.

Növbəti ekskursiya Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi qarşısında baş tutub. Əvvəlcə kompleks ətrafında ekskursiya keçirilib, sonra tədbir iştirakçıları üçün konsert proqramı nümayiş olunub.

Şəmkir rayonunun Qədimqala kəndinin şimalında, Şəmkirçayın sahilində yerləşən “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə isə əvvəlcə orta məktəb şagirdlərinə qoruq barədə məlumat verilib. Bildirilib ki, abidə V-VI əsrlərdən XIII əsrin 30-cu illərinədək Şəmkir şəhərinin mövcudluğunu sübut edir. Yazılı mənbələrdən bəlli olur ki, hələ ərəb işğalları dövründə Şəmkir şəhəri mövcud idi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər IX əsrin ikinci yarısı - X əsrdə inkişaf edərək məşhur sənətkarlıq və ticarət mərkəzinə çevrilib. XI-XII əsrlərdə isə Şəddadilər, daha sonra Azərbaycan Atabəyləri dövlətlərinin hərbi-siyasi, iqtisadi və mədəni həyatında layiqli mövqeyə malik olub. Şəhərin ardıcıl, yüksələn inkişafı monqol işğalı ilə dayandırılıb.

Sonra şagirdlərin musiqili alətlərdə ifaları və söylədikləri şeirlərlə tədbir davam etdirilib.

Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə qərb regionunun bir sıra digər abidələrində də ekskursiyalar və konsert proqramları keçirilib.

Chosen
76
50
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1368
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
955
Bu yol qovşağında təmir işləri aparılacaq
610
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
377
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
344
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
311
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
310
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
258
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
223
Çingiz Mustafayevin toyudur - FOTOLAR
222
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
190
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
170
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
138
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
99
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
96
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
93