AZ

Gəncə Filarmoniyası açıq havada konsert verəcək

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ilk dəfə "Musiqinin gücü" layihəsini həyata keçirəcək.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları baş tutacaq.

"Musiqi gücü" layihəsinin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir.

İlk konsert proqramı Xan bağında 6 may saat 19:00-da baş tutacaq.

Ləman Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq