EN

Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO

5 ay əvvəl Zığ şosesində 1980-ci il təvəllüdlü Süleyman Bağırovun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə törətdiyi dəhşətli qəza ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Publika.az xəbər verir ki, Suraxanı rayon Məhkəməsində keçirilən prosesdə S.Bağırov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə mühakimə edilib.

Bildirilib ki, dekabrın 12-də Süleymanın “Yango” proqramı üzrə taksi kimi sürdüyü avtomobil Zığ yolunda “Tata” markalı evakuatora çırpılıb. Nəticədə “Toyota Prius”dakı sərnişin, ön oturacaqda əyləşmiş 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə aldığı xəsarətlərdən 3 Saylı Kliniki Xəstəxanada ölüb. Onunla birgə taksidə olan digər iki xanım sərnişin isə xəsarət alıb. Məlum olub ki, qəzaya düşən qadınlar gözəllik salonunda birgə çalışıb və hadisə vaxtı taksi ilə Mərdəkandan Əhmədliyə gedirmiş.

Barəsində cinayət işi açılmış sürücü Süleyman Bağırov ifadəsində bildirib ki, həmin gün hava soyuq olduğundan avtomobilin sobasını qoşub və maşında oksigen çatışmazlığı yaranıb: “12 dekabr 2023-cü il tarixdə saat 11:00 radələrində Mərdəkandan Əhmədliyə sifariş gəldi və qəbul etdim. Avtomobilə 3 qadın əyləşdi. Adının sonradan Ramilə olduğunu bildiyim qadın ön sağ oturacaqda, digər tanımadığım iki qadın isə arxada əyləşdi. Zığ şosesi ilə üzü Əhmədli istiqamətində hərəkətə başladım, maşını saatda təxminən 80-85 kilometr sürətlə idarə edirdim. Yolda hərəkətdə olarkən avtomobilin içərisində olan havanın soyuq olduğunu hiss etdim, istiliyini qaldırdım. Bir qədər getdikdən sonra avtomobildə oksigen çatışmazlığı hiss etdim və bir anlıq diqqətim yoldan yayındı. Həmin vaxt avtomobilin ön sağ hissəsi evakuatora çırpıldı”.

Qeyd edək ki, hadisədən sonra əraziyə FHN əməkdaşları gəlib və Ramil Əlizadəni ağır vəziyyətdə əzilmiş maşından çıxarıblar.

Ramilə Əlizadənin anası məhkəmədə sürücüyə ağır cəza verilməsini tələb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
439
2
publika.az

3Sources