EN

Bakıda tələbə qız bacısını necə öldürdüyündən danışdı "çapalamasın deyə əl və ayaqlarını bağl.." – ŞOKEDİCİ TƏFƏRRÜATLAR

Polis: “Amma biz onun qatil olduğuna inanmaq istəmirdik”.

Dünən günorta saatlarında Xətai rayonunda baş vermiş qətlin şokedici təfərrüatları məlum olub.

Xətai rayonu 36-cı polis bölməsinin əməkdaşları etiraf ediblər ki, heç vaxt belə vəhşi cinayətin törədilməsinin şahidi olmayıblar. Hüquq mühafizəçilərini isə qatil bacının soyuqqanlılığı şok edib.

Əldə edilən məlumata görə, qətl haqqında polis idarəsində günorta saat 14.00-da xəbər tutublar. 13.50-də Günel Nuriyevanın kiçik bacısı, Kooperasiya kollecində təhsil alan Pərvanənin əkizi evə gələrkən qapının bağlı olduğunu görüb və qapını öz açarı ilə açaraq mənzilə daxil olub. Qız dəhlizə girərkən döşəmədə qan ləkələri və sınıq güldan görüb. Nuriyeva dəhşət içində evdən qaçaraq çıxıb. Sonradan o polisdə etiraf edib ki, o dəhşətli bir hadisənin baş verdiyini anlayıb, amma o an bacısı Günelin öldürüldüyünü bilməyib, belə ki, o cəsədi görməyib.

Həyətdə Nuriyeva polisə və ardınca isə oxuduğu musiqi məktəbində olan bacısı Pərvanəyə zəng edib. O, əkiz tayına döşəmədə qan izlərindən danışaraq onun tez evə gəlməsini xahiş edib.

“Pərvanənin gəlişinə qədər artıq polislər həyətdə idilər. Biz qızları içəri buraxmırdıq. Çünki daha öncə qatilin elə doğma bacının olduğu ehtimal etmirdik. Həm də Pərvanə bacısının ölüm xəbərindən şoka düşdüyü təsəvvürünü yaratmışdı”, - şöbədə bildiriblər.

Bununla yanaşı axtarış zamanı Günel Nuriyevanın telefonunun itdiyi məlum olub. Cinayət aləti ilk olaraq qətl yerində tapılmayıb. Günel Nuriyeva çarpayıda əli və ayaqları bağlanmış vəziyyətdə tapılıb. Qətlə yetirilənin bədənində çoxsaylı bıçaq yaraları, eləcə də boğazında kəsik aşkarlayıblar. İlkin olaraq evə qarət məqsədi ilə daxil olunduğu təsəvvürü yaranıb. Sonradan məlum olub ki, qatil məhz bu təsəvvürü yaratmaq istəyib.

Amma qatil bir neçə səhv buraxıb, bu isə təcrübəli əməliyyatçıların diqqətindən qaçmayıb.

Qətl təxminən günorta saat 13.00-da baş verib. Mənzili diqqətlə axtardıqdan sonra polislər paltaryuyan maşının işini yenicə bitirdiyini görüblər. Maşının içində üst qadın paltarları olub. Amma paltar yumaq üçün seçilən rejim şübhə oyadıb.

Maraqlıdır ki, polislər bir neçə saat ərzində qətlə yetirilənin bacıları ilə maraqlanıblar, Pərvanənin üzündə isə heç bir emosiya olmayıb. Qız soyuqqanlılıqla suallara cavab verib. Pərvanə bildirib ki, dərsə saat 10-da gedib. Amma qızların yaşadıqları evin girəcəyində olan kameralarda əks olunan qeyddə tamam başqa bir vaxt görünürdü. Pərvanənin evdən getmə vaxtı məhz mənzildən gələn qışqırıq səslərinin qonşular tərəfindən eşidildiyi zamanla üst-üstə düşürdü.   

Əldə edilən bütün dəlillər Pərvanə Nuriyevanın əksinə idi: “Biz hiss edirdik ki, o, nə isə gizlədir. Söhbət zamanı Pərvanənin üzündə qəribə bir təbəssüm var idi. Amma biz onun qatil olduğuna inanmaq istəmirdik. Amma bir neçə saat çarpaz dindirmədən sonra Pərvanə günahını etiraf etdi və bacısını necə öldürdüyünü bizə danışdı. Biz məhz bundan sonra dəhşətə gəldik”, - şöbədə qeyd ediblər.

Pərvanənin sözlərinə görə, bacısı Günel ilə aralarında münaqişə yaranıb. Bu zaman Günel çarpayıda uzanıb. Pərvanə dəli kimi bıçağı götürüb ona hücum edib, Günel müqavimət göstərib. Bundan sonra bacısının ardınca dəhlizə qaçıb. Dəhlizdə bacılar arasında dava düşüb. Amma vəhşiyə dönmüş Pərvanənin əlindən bıçağı almaq mümkün olmayıb. Pərvanə bacısına bir-birinin ardınca zərbələr endirib. Qız o çapalamasın deyə əl və ayaqlarını bağlayıb və sakitcə boğazını kəsib.

Sonra bıçağı yuyub yerinə qoyub. Bacısının mobil telefonunu götürüb və sim kartı çıxarıb. Qana bulaşmış paltarlarını paltaryuyan maşına atıb. Özü isə üstünü dəyişərək evdə dağınıqlıq yaradaraq heç nə olmamış kimi dərsə yollanıb...

Hadisə 2014-cü ildə baş verib.

Mənbə: oxu.az

Chosen
156
50
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1036
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
672
Sabah 5 kəndin qazı kəsiləcək
501
Bu yol qovşağında təmir işləri aparılacaq
456
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
417
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
280
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
265
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
238
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
213
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
166
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
157
Bakıda 9 otaqlı evdə yanğın baş verib
154
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
111
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
72
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
69
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
59