AZ

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı

"Xalamın 37 yaşı var idi. Təbii gözəl idi. Qocalmamışdı. Sevənlərindən bir məktub gəlmişdi. Məktubda yazılmışdı ki, "çox gözəl xanımsınız, amma buxağınız sizi heç də gözəl göstərmir". Xalam bu məktubdan sonra efirlərə çıxanda boynuna zinət əşyaları taxırdı, komplekslərdən bu yolla azad olmaq istəyirdi. Ağlına salmışdı ki, mütləq plastik əməliyyat olunacağam. Anam da, xalalarım da onu bu yoldan geri döndərə bilmədilər. Xalam haqq dünyasındadır. Allah ona rəhmət etsin, günahlarını bağışlasın".

Bunu Moderator.az-a açıqlamasında tanınmış sənətkar, müğənni Nəzakət Məmmədovanın bacısı qızı Ruziyə Cəfərova deyib. O daha sonra Nəzakət Məmmədovanın ölümünü hələ də "müəmma" adlandıranlara cavab verib.

"Nəzakət xanım sadəcə plastik əməliyyatın qurbanı oldu. Yıxılanın üstünə əli balta ilə gedən çox olur. Bu gün də cavanlar 20 dəfə plastik əməliyyata gedir. Ötən il qonşumuz da burnundan plastik əməliyyat olunanda öldü. Sənətkarlar haqqında çox şey danışıb deyə bilərlər, amma haqsızlıq da lazım deyil. Nəzakət xalam Polad Bülbüloğlu ilə Məkkədə və İraqda imam Əlinin ziyarətgahında olub. Əməliyyat bir tərəfdən olmuşdu, sağ tərəfi yarımçıq qalmışdı. Nəzakət xanım özünü yaxşı hiss etmədiyini bildirəndə həkim əməliyyatı dayandırmışdı. 1981-ci ilin oktyabrın 21-də xalam dünyasını dəyişdi, 26-da dəfn olundu. Təzəpir məscidində yuyuldu. Mən də cavan idim, yeni ailə həyatı qurmuşdum. Anam mənim həyat yoldaşımı, Nəzakət xanımın dayısı qızlarını çağırdı ki, gəlib cənazəyə baxsınlar. Çünki mənim yoldaşıma onlar "qardaş" deyə müraciət edirdilər, onu çox istəyirdilər. Dedi ki, qoy gözü ilə görsün ki, ona heç kim müdaxilə etməyib, yalnız plastik əməliyyatdan ölüb. Həkim səhlənkarlığının qurbanı oldu. Sonradan bildik ki, onu əməliyyat edən cərrah yox, kosmetoloq olub. Özü də əməliyyata içkili girib. Savadlı adam olmayıb. Səhvi edən həkim cəzasını da çəkdi. Biz elə bildik ki, öd xəstəliyindən dünyasını dəyişib. Çünki ödündən çox narahat idi, bir ay öncə Kəlbəcərdə olmuşdu. Nəzakət xalamı məsciddə yuyan qadın sonra haradasa olanda xalamdan danışıb. Orada durub deyib ki, "gətirin əlimi qurana basım ki, onun heç nəyi yox idi, sağ boğazı tərəfdən yuxu damarı kəsilmişdi". O qadın da bütün şayiələrə son qoydu", - deyə sənətkarın yaxını bildirib.

Ruziyə xanım bildirib ki, Nəzakət xanımdan sonra o ailədə bir neçə insan dünyasını dəyişib.

"Nəzakət xanım hələ sağlığında həyat yoldaşı Qüdrətdən ayrılmışdı. Artıq o da dünyasını dəyişib. O vaxtdan o tərəflə əlaqəmiz yoxdur. Daha sonra get-gəl etmədik. Nəzakət xanımın adını daşıyan nəvəsi Nəzakət də qəzada dünyasını dəyişib. Mədəniyyət və İncəsənət universitetində təhsil alırdı, həvəsli idi. İctimai Televiziya ilə çəkilişdən gələndə Dərnəgül şosesində avtomobil ağaca dəymişdi, ağacdan o zərbə almışdı. Rejissorluq fakültəsində təhsil alırdı, həvəsli idi ki, nənəsi haqqında verilişlər hazırlasın, onun sənətini təbliğ etsin. Qismət olmadı. Qızının ölümünə dözməyən atası da ondan sonra öldü" , - deyə sənətkarın bacısı qızı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23991
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13375
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10956
Helikopter qəzası ilə bağlı yeni xəbər
6763
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5726
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5547
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4904
Rəisi öldü, Pakistanda matəm elan edildi
4855
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3907
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3745
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3613
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3500
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3073
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2961
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2768
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2543