EN

Azərbaycanda hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

Bir müddət öncə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlaması zamanı bildirib ki, Gürcüstanda 145 min vətəndaşın ümumi məbləği 590 milyon lari (220 milyon dollar) olan vergi borcu silinəcək. O, bunu çoxlu sayda fiziki şəxsin vergi borcu olduğu və bu səbəbdən onların iqtisadi fəaliyyət imkanından məhrum olması ilə əsaslandırıb. 

Azərbaycanda sahibkarların vergi borcu silinə və maliyyə amnistiyası ola bilərmi?

Bununla bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki Azərbaycanda isə vergi sisteminin özü kökündən dəyişməlidir:

“Gürcüstanda vergilər bizdən də aşağıdır. Orda 1 milyon lariyə qədər dövriyyəsi olan sahibkarlar cəmi 1 faiz vergi ödəyirlər. Pandemiyadan sonra isə Gürcüstanda bir neçə dəfə belə addımlar atılıb, yəni, bu ilk deyil.  Gürcüstan iqtisadiyyatı turizmdən çox asılıdır. Pandemiya illərində bu sektorda ciddi azalmalar olduğuna görə həmin sahibkarlara güzəştlər də olundu, vergi borcları da silindi. Azərbaycanda isə vergi sisteminin özü kökündən dəyişməlidir. Çünki həddindən artıq qəliz dil və üslubda yazılmış, bir çox hallarda iş adamları üçün asanlaşdırıcı yox, problem yaradıcı maddələrdən ibarət, həddindən artıq böyükdür. Çoxlu maddə və alt maddələr var. Bu da kifayət qədər ciddi problemdir. Sadələşdirilmiş, asan, vətəndaşlara, əsasən iş adamlarına daha sadə formada yazılmış, daha asan hesablana biləcək vergi sisteminə Azərbaycanda ehtiyac var. 2016- cı ildən bu yana vergi məcəlləsinə onlarla dəyişiklik edilib. Lakin 0-dan bir məntiqə uyğun vergi sisteminə ehtiyac var. Bu isə məsələnin hüquqi və prosedur tərəfidir”. 

İqtisadçının sözlərinə görə,  Azərbaycanda vətəndaşların vergi borcları da, cərimələri də həddindən artıq yüksəkdir:

“Bu da iş adamlarına, əsasən kiçik və orta sahibkarlara əlavə yük yaradır. Buna görə də bu məsələlərlə bağlı zaman-zaman hansısa bir formada maliyyə amnistiyasının elan olunması mümkündür. Maliyyə amnistiyası deməyək, çünki o daha böyük anlayışdır.  Maliyyə amnistiyasına həm də pulların leqallaşdırılması daxildir. Azərbaycanda isə hələki bununla bağlı ciddi bir addım atılacağını düşünmürəm. Amma vergi amnistiyası ilə bağlı bir addım atılacaqsa, yaxud da düşünüləcəksə, vaxtında vergisini ödəyən sahibkarlara da çox ciddi güzəştlər təklif olunmalıdır.

Çünki bu qərarı verərkən nəzərə almaq lazımdır ki, vaxtında vergisini ödəyən, heç bir borcu olmayan iş adamlarının da hüquqları pozulmasın. Əgər belə olmazsa, həmin sahibklarların gələcəkdə vergi borcunu ödəməyə marağı olmayacaq. Məsələn, iş adamı bilməlidir ki, bir il ərzində vergisini vaxtında, gecikdirmədən ödəyibsə, qanun pozuntusuna yol verməyibsə, gələn il ödəyəcəyi vergilərdən 5 fazi az ödəyəcək, əgər 2 il eyni qaydada ödəniş edibsə, 10 faiz güzəşt əldə edəcək və s. Heç olmasa yarıbayarıya qədər vergi güzəştləri həmin sahibkarlara təklif olunmalıdır ki, onlarda da stimul yaransın. Amma bunun üçün də vergi qanunvericiliyi normal vəziyyətə gətirilməlidir”. 

Davud
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
50
Sources
Comment ()
Close

Rating

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17180
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11750
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5331
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5250
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3703
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3232
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3207
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3155
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2999
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2743
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2664
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2502
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2371
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2259
Hidayət Heydərov dünya çempionu oldu
2023
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1894