AZ

Vəkil Həbibin borcundan danışdı: onu hansı cəza gözləyir?

Vəkil İqor Buşmanov yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun 306 milyon rubl borcu olması xəbərini şərh edib.

"Ölkə.az" xəbər verir ki, vəkil belə halda təsiqləndirilənşəxsi hansı cəzanın gözlədiyini də açıqlayıb.

“Belə böyük borcun müəyyən edilməsi təkcə vergi deyil, həm də cinayət məsuliyyətinə səbəb ola bilər. Təşkilati vergidən yayınma ölkə iqtisadiyyatına xələl gətirən və mühüm sosial proqramların maliyyələşdirilməsini təhlükə altına alan ağır cinayətdir. Rusiya qanunvericiliyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 199-cu maddəsinə əsasən məsuliyyət nəzərdə tutur. Ödənilməmiş vergilərin məbləği 10 milyondan çox olarsa, cəza 6 ilə qədər həbsdir.

Bu cür cinayətlər RF İstintaq Komitəsinin bölmələri tərəfindən başlanır və araşdırılır. Adətən təşkilatın rəhbəri təqsirləndirilən şəxs kimi gətirilir. Daha az məsuliyyəti isə təsisçi, baş mühasib daşıyır. Təqsirkar şəxs borcları və cərimələri tam ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər, – Buşmanov SE-yə bildirib.

Daha əvvəl məlumat yayılmışdı ki, Həbibin Federal Vergi Xidmətinə 306 milyon rubl borcu var.

Həbib Nurməhəmmədovun əmisi Maqomed Nurməhəmmədov keçmiş UFC çempionunun borcu ilə bağlı xəbəri “saxta” adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
5
olke.az

10Mənbələr