“Latsio”nun hücumameyilli yarımmüdafiəçisi Felipe Anderson yayda “Palmeyras”ın futbolçusu olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Braziliya klubu 31 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna qədər ilkin müqavilə imzaladığını açıqlayıb.
Felipe Andersonla “Yuventus”un da maraqlandığı yazılırdı.
Bu mövsüm braziliyalı yarımmüdafiəçi A Seriyasında 32 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.