EN

Abasovdan 6-cı heç-heçə

Şahmat üzrə İddiaçılar Turnirində IX turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti görüşdə qüvvəsini sınayıb.

O, Fabiano Karuana ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 29 yaşlı təmsilçimiz növbəti heç-heçəsinə imza atıb. 6-cı sülhdən sonra xal hesabını 3-ə çatdıran Nicat 8-ci pillədə qərarlaşıb.

İddiaçılar Turniri
IX tur, 14 aprel

Vidit Santoş Qujrati – Hikaru Nakamura – 1:0
Nicat Abasov - Fabiano Karuana – 0,5:0,5
Alireza Firuzya – Yan Nepomnyaşi – 0,5:0,5
Dommaradju Qukeş - Rameşbabu Praqnanandja – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) - 5,5, 3. Rameşbabu Praqnanandja (Hindistan) – 5, 4. Hikaru Nakamura (ABŞ) – 4,5, 5. Vidit Santoş Qujrati (Hindistan) – 4,5, 6. Fabiano Karuana (ABŞ) – 4,5, 7. Alireza Firuzya (Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, şahmatçımız bu gün keçiriləcək X turda Hikaru Nakamura ilə qarşılaşacaq. Nicat bu dəfə qara fiqurlarla mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
7
offsideplus.az

7Sources