EN

Tehranda İsrail bayrağını asan şəxs saxlanılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İslam Respublikası Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) kəşfiyyat xidməti Tehranda İsrail bayrağını asan şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, naməlum şəxsin Tehranın Azadi meydanına və İmam Əli şosesinə İsrail bayrağını asması ilə bağlı video internetdə ilk dəfə martın 31-də yayılıb. Qeyd edilir ki, 24 saatdan az müddətdə kəşfiyyatçılar onu müəyyən edərək saxlayıb və həmin şəxs ədliyyə orqanlarına təhvil verilib. Bu əməlin əsas səbəbi onun İranın siyasi kursu ilə razılaşmaması olub.

Saxlanma ilə bağlı məlumat İsrail Hərbi Hava Qüvvələrinin aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin binasına endirdiyi zərbə ilə bağlı vəziyyət fonunda yayılıb.

Chosen
218
2
1

1Sources

Comment ()
Close