AZ

Tehranda İsrail bayrağı asan şəxs saxlanıldı


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İslam Respublikası Silahlı Qüvvələrinin elit bölmələri) kəşfiyyat xidməti Tehranda İsrail bayrağı asan şəxsi saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, naməlum şəxsin Tehranın Azadi meydanına və İmam Əli şossesinə İsrail bayrağını asması ilə bağlı video ilk dəfə martın 31-də internetdə yayılıb.
Qeyd olunub ki, 24 saatdan az müddətdə SEPAH kəşfiyyatçıları sözügedən şəxsi müəyyən edərək saxlayıb və onu ədliyyə orqanlarına təhvil verib.
Agentliyin məlumatına görə, bu əməlin əsas motivi İranın siyasi kursu ilə razılaşmamaq olub.
Saxlanma ilə bağlı məlumat İsrail Hərbi Hava Qüvvələrinin aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin binasına endirdiyi zərbə ilə bağlı vəziyyət fonunda yayılıb.
Seçilən
188
2
Mənbələr
Şərh ()
Bağla