AZ

İsrail və HƏMAS razılığa gəldi

İsrail hakimiyyəti və Fələstinin HƏMAS qrupu atəşkəs və girovların mübadiləsi ilə bağlı yeni sazişin əsas bəndləri üzrə razılığa gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər 40 gün müddətinə atəşkəsin yaradılması barədə razılığa gəliblər. Bu müddət ərzində 404 fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 60 yaşlarında qadınlar, uşaqlar və kişilər də daxil olmaqla 40 israilli girov azad edilməlidir.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildən bəri davam edir.

Ağarza Elçinoğlu 

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla