Amerikalı aktyor kiçik Louis Gossett 87 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, aktyor Kaliforniyanın Santa Monika şəhərində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, Lous 1983-cü ildə "Bir zabit və centlmen" filmindəki obrazına görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar”ın ilk afroamerikalı qalibi olub. O, ümumilikdə 200-dən çox filmdə rol alıb.