AZ

60 yaşı olan dünya şöhrətli aktyor evlənir - Fotolar

60

Amerikanın məhşur kino aktyoru, "Qladiator" filmindəki roluna görə Hollivud ulduzuna çevrilən Rassel Krounun şəxsi həyatından və kino fəaliyyətindən bəhs edən "Altmış yaşlı Rassel Krou necə yaşayır, indi necə görünür?" başlıqlı böyük yazı dərc olunub.

Reyting.az
-ın xəbərinə görə, Böyük Britaniyanın nüfuzlu "The Sunday Telegraph" qəzeti yazır ki, 2024-cü ilin 7 aprelində 60 yaşını qeyd edən aktyor hələ də kinodakı karyerasını davam etdirir, eyni zamanda musiqiçi kimi rok qrupunda çıxış edir.

Əsl ad-soyadı Rassel Ayra Krou olan məhşur aktyor haqqında söz açılan geniş məqalədə o obrazlı şəkildə Hollivuddan çıxan bir "kəndliyə" bəzədilir. Buna səbəb isə kino ulduzunun öz rançosunun, eləcə də böyük fermasının olmasıdır. Ucqardakı heyrətamiz sakitliyi sevən, təbiət vurğunu olan aktyor eyni zamanda yenidən evlənməyi də planlaşdırır.



Rassel Krou ilk növbədə sənətçidir və Amerika kino tarixinin unudulmuş simalarından biri olmaq fikrində deyil. O hər zaman kinodakı gələcəyini düşünür. İndinin özündə belə şəxsi filmoqrafiyasını yeni layihələrlə fəal şəkildə genişləndirənKrounun söylədiyi kimi, əvvəlki dövrlərlə müqayisədə o daha məhsuldardır.

Aktyor 2022-ci ildə ekranlara çıxan və rejissoru, ssenari müəllifi, filmdə baş rolu oynadığı "Pokerfeys" trilleri ilə yanaşı elə həmin il də boksun mənşəyi haqqında “Döyüşçü: Üzük kralı” adlı filmdə çəkilir. Bu filminin də taleyi uğurlu olur və sözügedən ekran əsərinin nümayişi Hollivud cameəsində böyük səs-küy yaradır. Yenidən rol alan Rassel Krou 2023-cü ildə ekranlaşdırılan “Corctaun proekti" trillerində də çəkilir. 2024-cü ildə isə Krou tamaşaçılara görə onun ən çox sevildiyi rollarından biri olan “Şər bölgəsi” döyüş filmində çəkilir. Mart ayında isə bir macəra oyununun əsasında çəkilən "ARK: The Animated Series", yəni "ARK: Cizgi serialı" adlanan cizgi filminin ilk seriallarının nümayişinə qatılan aktyor bu filmdə böyük ustalıqla personajlardan birini səsləndirdiyinə görə, eləcə də icraçı prodüser kimi alqışlar qazanır.



"The Sunday Telegraph" nəşri çox böyük potensiala malik olan istedadlı bir aktyor kimi xarakterizə etdiyi Krounun müxtəlif illərdə verdiyi müsahibələrə, həmçinin də maraqlı açıqlamalarına, fikirlərinə diqqətçəkərək onun 2023-cü ilin iyul ayındakı, Karlovı Varıda keçirilmiş kino festivalındajurnalistin verdiyi sualı xatırladır. Həmin il aktyordan karyerasında bundan sonra nə etmək barədə düşündüyünü soruşduqda, deyib:

“Mən Ridli Skotu özümə nümunə götürəcəyəm: o, hələ də öz işində yeni zəmin yaradır. Yoxsa mən dayanacağam və bir daha məndən xəbər tuta bilməyəcəksiniz”. O, hələ bunun nə olacağına qərar vermədiyini qeyd etmiş və yenə konsertlər verdiyini söyləmişdi.

Dünya şöhrətli aktyor bir müsahibəsində etiraf edib ki, gənc olanda heç vaxt kino onu maraqlandırmayıb, çünki gəncliyində onun yeganə arzusu ancaq müğənni, rok ulduzu kimi tanınmaq olub. Rassel Krou deyib ki, hələ də musiqini həyatının vacib hissəsi hesab edir. O, 1980-ci illərdə Russ Le Roq adı altında "I Just Wanna Be Like Marlon Brando" sinqlı da daxil olmaqla bir sıra mahnılar buraxıb. Hollivud ulduzu bir söhbətində bildirib ki, o zamanlar rok səhnəsinin ulduzuna çevrilmədi, rəqabət çox güclü idi, lakin Krou bekar durmayıb. Aktyor həvəslə gecə klublarına dəvətdən və oradakı çıxışlarından da söz açıb.

Nəşr məhşur aktyorun musiqi karyerası barədə də söz açır. Qəzet yazır:

"Rassel Krou daha sonra bir sənətçi kimi müxtəlif qruplarda musiqilər yaradıb. Onun birgə işlədiyi son komanda isə "Indoor Garden Party" adlanıb ki, bu qrup da 2017-ci ildə yaradılıb. 2023-cü ildə Rassel Krou onlar ilə birlikdə Avstraliyada, eləcə də bir sıra Avropa ölkələrində çox sayda konsertlər veriblər. Bu musiqi qrupu kiçik klublarla yanaşı Sidney Opera Evində, həmçinin də Avstraliya Zooparkı kimi böyük və ikonik məkanlarda çıxış edib.

“Mən aktyorluq yolu ilə bu qədər böyük və məşhur olanda tənqidçilər dedilər ki, “öz ərazinizdə qalın” – bəs həmin o ərazi, o çevrə nədir? Reallıq budur ki, musiqi mənim üçün həmişə çox vacib olub. Mən hər zaman bununla bağlı danışmasam da, yaradıcılıqla məşğul olduğum hər sahədə və hər şeyin yanında musiqi var”, - deyə Rassel Krou "The Sunday Telegraph"-ın əməkdaşına bildirib. O əlavə edib ki, indi həm də kənd həyatından zövq alır və fermada heyvan yetişdirir.



Qəzetin yazdığına görə, ulduz aktyorun Cənubi Uelsdə və Avstraliyada müxtəlif heyvanlar yetişdirdiyi nəhəng bir ferması var. Rassel də daxil olmaqla bütün Krou ailəsi də elə orada yaşayır, onun qardaşı Terri isə təsərrüfat işlərini idarə edir. Bu qəribə ovqatlı "Qladiator" hərdən gərgin stresdən qurtulmalı olduqda şəhəri tərk edib tez öz sevimli rançosuna üz tutur.

Rassel Krou fermasından həvəslə danışır:

"Orada - təbiətin qoynunda, heç bir yerdə olmadığım kimi dincəlirəm. Köhnə paltar, köhnəlmiş ayaqqabıları rahatlıqla geyinə bilərsən, çirklənirsən, kir içində olursan və heç kimin də vecinə olmaz. Orada mən məşhur deyiləm, fermerəm. Fermada beş yüzdən çox inəyimiz var. Beləliklə, həmişə görüləsi çox işlər var. Mən isə heyvanlara qulluq etməkdən həzz alıram”.

Fermada kriket meydançası, səsyazma studiyası və həm aktyorun, eləcə də qardaşı Terrinin evləndiyi kiçik məbəd var.

Rassel Krou əvvəllər, doqquz il müğənni Danielle Spenserlə evli olub. Bu nikahdan kino ulduzunun Çarlz və Tennison adlı iki oğlu var. Dəfələrlə öz övladlarından söz açan aktyor bir ata kimi oğullarının onun üçün çox şey ifadə etdiyini deyib. "Atalıq mənim həyatımda baş verən, yaddaqalan ən xüsusi şeylərdən biridir",- deyən Rassel Krou hazırda ondan 26 yaş kiçik sevgilisi Britni Teriotla münasibətdədir. Britni də keçmiş aktrisadır. Bu aktrisa ilə Hollivud ulduzu 2013-cü ildə "Vice şəhəri" filminin çəkiliş meydançasında tanış olub, lakin onların romantik, həqiqi bir eşq macərası yaşadıqları yalnız 2020-ci ildə, aktyor bubarədə danışandan sonra məlum olub.

2024-cü ildə şou, eləcə də ciddi mediada yayılan xəbərlərə görə, artıq Hollivudun 60 yaşlı kino ulduzu Rassel Krou ilə Britni Teriot öz münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər və buna görə də aktyor sevdiyi qadına evlilik təklif edib.

"Qladiator" filminin qəhrəmanı haqqında "Film uğurlu alındı, mənə şöhrət gətirdi, ancaq oynadığım obrazın faciəsi məni xoşbəxt etmədi",- Krou deyib.



Xatırladaq ki, 60 yaşlı Hollivud aktyoru, rejissor, ssenarist, prodüser, musiqi ifaçısı kimi tanınan, dəfələrlə ABŞ kinosundakı xidmətlərinə görə ünlü mükafatlara layiq görülən Rassel Krou 2001-ci ildə "Oskar" alıb, 2002-ci və 2020-ci illərdə isə oynadığı rollara görə "Qızıl Qlobus" ödülünə layiq görülüb. Həm də elə həmin ildə, yəni 2002-ci ildə istedadlı Hollivud ulduzu "BAFTA"-ya sahiblənib. Rassel Krou 70-dən artıq bədii filmdə və teleserialda rol alıb. O, bu gün dəaktyor və rejissor kimi kino karyerasını davam etdirir. Hollivudun ahıl sevimlisi indiyə qədər gördüyü işlərlə kifayətlənmir.

Hələ illər öncə, onun baş rolda çəkildiyi və bütün dünyada ən baxımlı filmlərdən biri sayılan "Qladiator"-dan söz açan Rassel Ayra Krou avstraliyalı jurnalistə zarafatyana, azca da fikirli ovqatda film haqqında belə söyləmişdi: "Film uğurlu alındı, mənim şöhrətim də artdı, ancaq obrazımın faciəli taleyi mənə sevinməyə, xoşbəxt olmağa imkan vermədi".

Oqtay QORÇU
Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla