AZ

“Putinlə görüşsəm, onu vuracam” – Məşhur amerikalı aktyordan AÇIQLAMA

Məşhur amerikalı aktyor və kinorejissor Şon Penn şəxsi görüşləri olacağı təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putini vuracağını bildirib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu etirafı Şon Penn Almaniyanın “Bild” telekanalında “Supergüc” sənədli filmini təqdim edərkən deyib.

Filmdə Şon Penn və amerikalı aktyor Cek Nikolsonun Putinlə şəxsi görüşü təsvir edilib. Onların görüşü 2001-ci ildə Moskvada olub.

Jurnalistlərdən birinin “Rusiya prezidenti ilə yenidən görüşəcəyi təqdirdə nə edərdi?” sualına kinorejissorun cavabı qısa olub:  “Vurardım”.

O, dünya ictimaiyyətini Ukraynanı daha çox müdafiə etməyə çağırıb və ABŞ hökumətini tənqid edib.

“Təəssüf ki, bu gün hökumət II Dünya müharibəsində prezident Ruzveltin malik olduğu iradə, liderlik və fədakarlıq çatışmır. Mən öz ərazilərinin hər qarışı, o cümlədən Krım üçün döyüşən ukraynalıların mətinliyinə inanıram. Demokratların və ya respublikaçıların hakimiyyətdə olmasından asılı olmayaraq, biz onların məğlubiyyətinə yol verməməliyik. Müharibəni uduzsaq, bu, ABŞ-nin də sonu ola bilər. Mən Vyetnamda olan müharibənin balasıyam. Buna görə də silahların sülhə aparacağına heç vaxt inanmamışam. Amma indi bu müharibəni dayandırmaq üçün malik olduğumuz hər şeyi Ukraynaya verməliyik”, – deyə Şon Penn diqqətə çatdırıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
232
50
Mənbələr
Şərh ()
Bağla