EN

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Cənubi

Bakı, 29 mart, AZƏRTAC

Cənubi Koreyada Seulun mərkəzi ilə onun ətrafı arasında səyahət vaxtını azaldacaq yüksək sürətli qatar işə salınır. Layihə müəllifləri ümid edirlər ki, bu dəmir yolu daha çox gənci şəhərdən kənarda yaşamağa və uşaq sahibi olmağa təşviq edəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreya dünyada ən aşağı doğum səviyyəsinə malikdir və gənclər tez-tez ailə qurmaqdan və uşaq sahibi olmaqdan imtinanın səbəbini işə getmə üçün uzun yol qət etməkdə görürlər. Onlar ölkə əhalisinin təxminən yarısının yaşadığı Seuldakı kiçik və bahalı mənzillərin ailə qurmaq üçün namünasib olduğunu deyirlər.

Seulda doğum səviyyəsi ölkə üzrə orta göstəricidən aşağıdır və hökumət subsidiyalar hesabına yeni doğulan uşaqların sayını artırmağa çalışır.

Səlahiyyətlilər indi ümidlərini 134 trilyon von (99,5 milyard dollar) dəyərində olan “Böyük eXpress qatar” (GTX) layihəsinə bağlayırlar. Bu layihə 2035-ci ilə qədər Seulu bir neçə ucqar rayonla birləşdirəcək altı xəttə qədər genişləndiriləcək.

Cənubi Koreyanın Prezidenti Yun Sok Yol cümə axşamı günü Suso stansiyasından peyk şəhəri olan Dongtana avtobusla gediş vaxtını 80 dəqiqədən 19 dəqiqəyə endirəcək birinci sürət qatarı xəttinin bir hissəsinin açılışını edib. O bildirib ki, səyahət vaxtının azaldılması insanlara səhərlər və axşamlar ailəsi ilə daha çox vaxt keçirməyə imkan verəcək.

Rəsmilər bildiriblər ki, xəttin şənbə günü istifadəyə veriləcəyi gözlənilir və tam işə salındıqdan sonra GTX qatarların saatda 180 km sürətlə hərəkət etdiyi dünyanın ən sürətli yeraltı sistemlərindən biri olacaq.

Chosen
193
3
Sources
Comment ()
Close

Rating

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3869
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3628
Bu yol qovşağında təmir işləri aparılacaq
3099
Bakıda hoteldə yanğın başlayıb
2702
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1809
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1665
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1548
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1462
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1425
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1254
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1247
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1162
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1107
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
954
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
950
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
910
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
909
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
870
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
841
Sabah 5 kəndin qazı kəsiləcək
780