AZ

Yıldız Tilbe bu dəfə maraqlı hobbisi ilə gündəmə gəldi - FOTO

Tarix: 16 Mart 2024 05:05

Tez-tez sosial media paylaşımları və açıqlamaları ilə gündəmə gələn, Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe bu dəfə yeni hobbisi ilə diqqətləri üzərinə çəkib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki,Tilbe səhnədə geyindiyi ayaqqabı və başmaqları rəngləyib.
O, Belçikadan 1500 lirəyə (təxminən 80 manat) aldığı adi ağ idman ayaqqabısını boyayaraq konsertə çıxıb.
Məşhur müğənni ötən gün 30 min lirə (təxminən 1583 manat) dəyərində dünyaca məşhur brendə məxsus başmaqlarını da rəngləyib.
Qeyd olunur ki, ayaqqabı markaları Yıldız Tilbeyə "Məhsullarımızı sizə göndərsək, onları da boyayarsınızmı?" təklifləri etməyə başlayıb.



Milli.Az

Seçilən
98
23
Mənbələr
Şərh ()
Bağla