EN

Türkiyə mətbuatı, 29 mart 2024

 

“Vatan”: Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib

  Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat konfransında son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 38 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb. Beləliklə, 2024-cü il yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb ki, onlardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında yaxalanıb.

“Sabah”: Türkiyənin 8-ci humanitar yardım gəmisi Qəzzaya yola düşüb

  Türkiyə Fövqəladə Hallar İdarəsinin Fondlar Departamenti əməkdaşlığı hazırladığı 8-ci humanitar yardım gəmisi Qəzza xalqı üçün Mersin limanından yola düşüb. Yardım gəmisi ilə Fələstin xalqına ümumilikdə 2960 ton yardım göndərilib.

“Hürriyət”: Türkiyə ABŞ-ın ən böyük artilleriya mərmisi ixracatçısı oldu

  Silah və sursat istehsalında dünyanın lider ölkəsi halına gələn Türkiyə ABŞ-a ən çox artilleriya mərmisi ixrac edən ölkəyə çevrilib. ABŞ ordusu üçün lazım olan minlərlə 155 mm çaplı artilleriya mərmisini Türkiyədən alır.

“Yeni Şafak”: Gərginliyi ölçən dəst 20-dən çox ölkəyə ixrac olunur

  Ankara Bilkent Şəhər Xəstəxanasının Biokimya Laboratoriyasının koordinatörü, professor Özcan Erel tərəfindən hazırlanmış, bədəndəki kimyəvi stressi ölçən yerli tədqiqat dəsti dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.

“Haber Türk”: Milyarderlər şəhəri İstanbul Avropanın ilk 5-liyindədir

  Çin mərkəzli iqtisadi platforma olan “Hurun Report”un Qlobal Zənginlər Siyahısına görə, dünyada ən çox dollar milyarderləri Nyu York və Londonda yaşayır. Türkiyənin İstanbulu dünyanın ilk 25, Avropanın isə ilk 5-i arasında yer alır.

“Vatan”, “Sabah”, “Hürriyet”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
128
16
trt.net.tr

10Sources