Türkiyə ordusu son bir həftədə 27 terrorçunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən bəri zərərsizləşdirilən terrorçuların sayı 673 olub.
Onlardan 280-i İraqın şimalında, 393-ü isə Suriyanın şimalında məhv edilib.
Şəbnəm Mehdizadə