İraqın şimalında separatçı terror təşkilatı PKK-nın 3 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada deyilir: "Terror təşkilatının mövqelərini gücləndirməsinə icazə verməyəcəyik və yuvalarına zərbələr endirməyə davam edəcəyik. Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində daha 3 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib”.