EN

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər.

Vaşinqton görüşün "Bakı və İrəvan arasında sülh danışıqlarına aid" olduğunu, rəsmi İrəvan isə "üçüncü tərəfə qarşı olmadığını" desə də, Brüsseldə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var.

Birincisi, Azərbaycan Xarici İşlər Nazirliyinin "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir" açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir;

İkincisi, ötən ilin 5 oktyabrında Qranadada Paşinyanla görüşən Ursula fon der Leyen "Avropa Birliyi və ABŞ Ermənistana dəstək məqsədilə birgə plan hazırlayır" açıqlamasını vermişdi, aprelin 5-də keçirilən görüş də bu planın rəsmiləşməsi məqsədi daşıyır: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ötən həftə bildirdi ki, Brüsseldə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektləri müzakirə ediləcək, tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır;

Ermənistanın "müqavimətinin gücləndirilməsi" tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın AB müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-AB hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür:

- Rusiyadan sürətlə xilas olmaq: bu məqsədilə rus hərbçilərin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, artıq sərhədçilərin çıxarılması gündəmdədir;

Spiker Alen Simonyanın son açıqlamaları bu kontekstdə xüsusilə diqqət çəkir. Rus sərhədçilərin Zvartnots hava limanından çıxarılması məsələsinin artıq həll olunduğunu deyən spiker Alen Simonyan bildirib ki, onların Türkiyə ilə sərhəddən çıxarılması müzakirə edilmir, lakin əlavə edib ki, Türkiyə Ermənistana hücum edərsə, Rusiya sərhədçilərinin nəsə edəcəyinə şübhə ilə yanaşır. Bu o deməkdir ki, İrəvanın növbəti addımı rus hərbçilərin sərhəddən də tamamilə çıxarılması olacaq. Daha sonra Gümrüdəki 102-ci baza məsələsi gündəmə gələcək. Bu addım hələki ritorik müstəvidə reaksiya verən Rusiyanın praktiki müstəvidə hərəkətə keçməsini şərtləndirə bilər. Ki, bu da Ermənistanda və bu ölkə üzərindən bölgədə qlobal toqquşma təhlükəsini yaradır. Belə bir toqquşma riski həm də Azərbaycan-Ermənistan sülh danışıqları prosesini arxa plana keçirə bilər.

- Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski də var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi "dil tapmağa çalışan" mövqe sərgiləməyəcək. Əslində 44 günlük müharibədən sonra Ermənistan sülh sazişini bölgədə şərtlərin dəyişməsi ümidi ilə daim təxirə salırdı. Qarabağda erməni separatizminin ləğvinə qədər bu kartdan istifadə etməyə çalışdılar, lakin Azərbaycan suverenliyini bərpa etməklə prosesdə güclü tərəfə çevrildi. Bakı indi də güclü tərəfdir, amma AB və ABŞ-ın İrəvana birgə dəstəyi bölgədəki tarazlığı əleyhimizə çevirə, yaxud ən azı bu tarazlığı poza bilər. Aydındır ki, bu dəstəyi hiss edən Ermənistan həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası məsələsində konstruktiv mövqedən yayınacaq və öz şərtlərini diktə etməyə çalışacaq. Bölgədəki maraqlarını bu ölkə üzərindən həyata keçirən Qərbin də Ermənistanı dəstəkləyəcəyi, Azərbaycanı "razı salmaq" məqsədilə təzyiqlər edəcəyi görünən perspektivdir. Bu baxımdan, 5 aprel görüşü həm region, həm də Azərbaycan üçün risklər vəd edir.

Asif Nərimanlı


Telegram kanalımız
Chosen
160
50
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17404
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17040
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16141
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14528
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13482
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10146
Çingiz Mustafayevin toyudur - FOTOLAR
9863
"Zaur, yenə çaşdın..." - VİDEO
8227
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
8196
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
7693
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6959
Minimum əmək haqqı nə qədər arta bilər?
6440
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5943
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5723
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4879
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4612
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4587
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
4462
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3478