AZ

"5 aprel görüşü 30 il ərzində Qarabağ problemini məqsədli şəkildə həll etməyən qüvvələrin növbəti oyunudur" - DEPUTAT

"5 aprel görüşü 30 il ərzində Qarabağ problemini məqsədli şəkildə həll etməyən qüvvələrin növbəti oyunudur" - DEPUTAT

"Bu gün Ermənistan və havadarları Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışır".

Bunu Sonxeber.az-a danışan deputat deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, aprelin 5-də ABŞ, Aİ və Ermənsitanın iştirakı ilə Brüsseldə keçiriləcək görüş də bu qaranlıq məqsədə xidmət edir:

"Nikol Paşinyan sülh müqaviləsini imzalamamaq üçün bütün yollardan istifadə edir. Bu gün ABŞ Cənubi Qafqazı öz nəzarəti altına keçirmək üçün Ermənistandan istifadə edir və növbəti müharibənin başlanmasına çalışır. Amma ABŞ unudur ki, Azərbaycan regionda öz problemini həll edərək ərazi bütövlüyünü və suverenliyini təmin edib. Azərbaycan Ermənistanın və havadarlarının regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Sabah keçiriləcə görüşlə bağlı Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe də bunu bir daha sübut edir".

Deputat qeyd edib ki, Azərbaycan tərəfi 5 aprel görüşünün əlehinədir:

"Çünki bu görüş birbaşa regionda vəziyyəti yenidən gərginləşdirməyə yönəlib. Bu gün ABŞ və Aİ-nin hərbi bazasını Ermənistana yerləşdirmək istəyir. Baş verən hadisələrə İranın və Gürcüstanın susması anlaşılan deyil.

Əslində sabahkı görüş 30 il ərzində Qarabağ məsələsini məqsədli şəkildə həll etməyən qüvvələrin növbəti oyunudur. Azərbaycanın bu görüşə dəvət olunmaması bir daha bu görüşün arxasında ölkəmizə qarşı növbəti təxribatların olmasından xəbər verir. Ümumiyyətlə Azərbaycanın iştirakə olmadan keçirilən bu cür görüşlər regionda qarşıdırma yaratmaq və sülh mane olmaq məqsədi daşıyır".

Seçilən
169
50
Mənbələr
Şərh ()
Bağla