EN

“Dövlətin rəsmi mövqeyi qarşısında Solovyovun fikirləri onu Rusiya vətəndaşı kimi hüquqi məsuliyyətə cəlb edir”-Cəsarət Hüseynzadə

“Crosus City Hall konsert zalında törədilmiş və xeyli sayda günahsız insanların ölümünə səbəb olan hadisə ilk növbədə Azərbaycan dövlətini, cəmiyyətini narahat edən əsas məqamlardan biridir. Çünki Azərbaycan müstəqilliyinin ilk illərində dəfələrlə terror hadisələri ilə üz-üzə qalıb. Bu baxımdan Azərbaycan xalqının bu kimi hadisələrə hər zaman qarşı çıxdığını birmənalı şəkildə bütün dünya görüb. Rusiyalı jurnalist Vladimir Solovyov baş verən terror aktında bizi günahlandırması ilə birinci dəfə deyil ki, antiAzərbaycan mövqeyini nümayiş etdirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, həm İkinci Qarabağ müharibəsindən əvvəlki, həm də sonrakı dövrdə Azərbaycana qarşı ən kəskin formada mübarizə aparan şəxslərdən biri Solovyov olub:

“Onun apardığı verlişlərdə daima Azərbaycana qarşı bir xətt var. Bu xətt isə bir neçə istiqamətdə birləşir. Hamıya məlum olduğu kimi, Solovyov erməniəsilli jurnalistlərlə işbirliyi görür. Bu məsələnin görünən tərəfidir. Məsələnin görünməyən tərəfi isə bu jurnalist Rusiyada yaşayan erməni lobbisi nümayəndələrinin maddi dəstəyi ilə Azərbaycana qarşı kampaniya aparır. Əgər bir şəxs davamlı olaraq “qara piar” kampaniyası aparırsa, demək ki, onun arxasında müəyyən qüvvələr durur.

Digər tərəfdən Rusiya hökumət dairələrində də təmsil olunan bəzi qüvvələr Solovyova dəstək olur. Həmin qüvvələr Azərbaycan-Rusiya münasibətlərində müəyyən qədər soyuqluq yaratmağa çalışır. Hazırda isə Bakı-Moskva arasında isti münasibətlər var, iki ölkə arasında müəyyən sahədə əməkdaşlıqlar var. Son dövrlər Rusiyanın Azərbaycana qarşı münasibətində beynəlxalq hüquqa yaxın mövqe sərgilədiyi müşahidə olunur. Ancaq Rusiya hakim dairələrində bəzi qüvvələr münasibətlərin isti olmasını istəmir, ona görə də Solovyov kimi jurnalistlərdən alət kimi istifadə edirlər. Ancaq artıq Solovyovun mövqeyi hüquqi məsuliyyət də yaradır.

Belə ki, Rusiya Prezidenti Vladimir Putin Moskvadakı terrorda İŞİD-i günahlandırırsa, onun mövqeyinin əksinə rusiyalı bir jurnalistin hədəfi yayındırmaq məqsədi nəyə xidmət edir? Bu yalnız Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası deyil, Solovyovun terror aktında Azərbaycanı günahlandırması həm də Rusiya dövlətinə qarşı xəyanətdir. Çünki Rusiya Təhlükəsizlik Xidməti orqanları konkret şəkildə bu hadisənin kimlər tərəfindən törədildiyini bildirir. Dövlətin rəsmi mövqeyi qarşısında Solovyovun fikirləri onu Rusiya vətəndaşı kimi ciddi məsuliyyətə cəlb edir. Belə ki, o Rusiya dövlətinin rəsmi mövqeyinə xələl gətirən, yanlış informasiya yayan şəxs kimi ittiham olunmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
211
38
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12121
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8647
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8614
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2386
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2089
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1897
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1785
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
959
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
735
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
478
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
381
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
378
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
371