EN

FHN tərəfindən qanunsuz tikili sökülüb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraqrespublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiqtədbirlərin həyata keçirilməsi davam etdirilir.

Trend xəbər verir ki, bu barədə FövqəladəHallar Nazirliyi məlumat yayıb.

Bu çərçivədə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəçoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşənqeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərininaparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyitərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, ƏmlakMəsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətininnümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlərnəticəsində qanunsuz tikili sökülüb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
146
15
Sources
Comment ()
Close