AZ

Xırdalan və Qobuda qanunsuz tikililər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonun Xırdalan şəhərində və Qobu qəsəbəsində qanunsuz tikililəri söküblər.

Bu barədə Milli.Az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
102
49
Mənbələr
Şərh ()
Bağla