AZ

Qubada qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 
Nazirliyin mətbuat xidməti bildirib ki, bu çərçivədə Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Agentlik tərəfindən Quba Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
P.ƏMİRCANOV
XQ

Seçilən
164
49
Mənbələr
Şərh ()
Bağla